RU
Gəncədə yeniyetməyə təcavüz olunmasına görə cinayət işi açılıb
12:05
587

Gəncədə yeniyetməyə təcavüz olunmasına görə cinayət işi açılıb

Gəncə şəhərində yeniyetməyə cinsi təcavüz edilib.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumatda 70 yaşlı kişinin 16 yaşlı yeniyetmə qıza təcavüz etdiyi bildirilir. Xəbərə görə, hazırda yeniyetmə hamilədir.

DİN-in mətbuat xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov APA ya bildirib ki, sözügedən faktla bağlı cinayət işi başlanıb. Müvafiq materiallar toplanaraq baxılması üçün şəhər prokurorluğuna göndərilib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ