RU
Gəncədə zəncirvari qəza olub - VİDEO+ FOTOLAR
13:03
612

Gəncədə zəncirvari qəza olub - VİDEO+ FOTOLAR

Gəncənin Şeyx Bahəddin küçəsində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

7News.az Region TV-yə istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin sürücüsü 41 yaşlı Ziyad Əliyev infarkt keçirdiyindən idarəetməni itirib və nəqliyyat vasitəsi "Hundai Sonata" markalı avtomobilə çırpılıb. "Hundai" "KİA"-ya, o isə öz növbəsində "VAZ 2105"-ə dəyib. Daha sonra isə "Mercedes" markalı nəqliyyat vasitəsi "Niva" və "VAZ 2107"-ə dəyib.

Zərbənin təsirindən "VAZ" yaxınlıqdakı mağazaya çırpılıb. Bu zaman avtomobil yol kənarında dayanan iki nəfəri - 37 yaşlı Seymur İsmayılovu və 28 yaşlı Mirvari Tağıyevanı vurub. Qəza zamanı "VAZ 2107"-də olan qadın sərnişin də xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və Təcili Tibbi Yardım çağırılıb.

Faktla bağlı araşdırmalar aparılır.

 
<iframe width="743" height="90" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_0" name="aswift_0"></iframe>

 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ