RU
Gəncəlinin evində silah-sursat aşkar edildi
16:46
335

Gəncəlinin evində silah-sursat aşkar edildi

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7News.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 21 yaşlı Oktay Əliyevin yaşadığı mənzilə baxış keçirilib.

Baxış zaman oradan 1 ədəd 16 kalibirli lüləsi kəsilmiş "TOZ" markalı odlu ov silahı, 2 ədəd 16 kalibirli patron və 2 ədəd qara rəngli dəmir "beşbarmaq" aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ