RU
Gəncənin icra başçısı peyvənd olunub-FOTO
13:26
132

Gəncənin icra başçısı peyvənd olunub-FOTO


"Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırda 50 yaş və daha yuxarı şəxslərin "Covid-19" xəstəliyinə qarşı vaksinasiyası aparılır. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da "COVİD-19”-a qarşı peyvənd olunub. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata görə N.Bayramova  ikinci doza vaksin vurulub. İcra başçısı vaksin vurulduqdan 30 dəqiqə sonra özünü yaxşı hiss etdiyi üçün xəstəxanadan buraxılıb. 

Xatırladaq ki, Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesinə yanvarın 21-dən başlanılıb və ilkin olaraq tibbi işçilərinin vaksinasiyası həyata keçirilib. Hazırda prosses davam edir.
 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ