Daxili İşlər naziri,general polkovnik Vilayət Eyvazov Gəncə şəhər Nizami rayon Polis İdarəsinə yeni rəis təyin edib. 7NEWS.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən polis polkovnik leytinantı Knyaz Həsənov Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi təyin olunub. K.Həsənov buna kimi Şabran rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində işləyib.








