RU
Gənci döydü, o da bıçaqladı
21:20
424

Gənci döydü, o da bıçaqladı

Bakıda 35 yaşlı kişi döydüyü 22 yaşlı gənc tərəfindən bıçaqlanıb.

7news.Az Report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonu, Nobel prospekti 155 ünvanında qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Samir Canıyev sözügedən ünvanda 1994-cü il təvəllüdlü Cəmil Səfərovla əlbəyaxa dava edib. S.Canıyev C.Səfərovu döyüb. C.Səfərov bundan hiddətlənərək bıçaqla S.Canıyevin ayaq nahiyəsinə bir neçə zərbə vurub.

S.Canıyev "Təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ