Dünən Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş qətliamdan artıq 26 il ötür. Həmin hadisələrdən illər ötsə də, xalq 20 Yanvar faciəsinin şəhidlərini unutmur, azadlığımız uğrunda canından keçənləri böyük ehtiramla yad edir, onların ruhunu daim əziz tutur.
20 Yanvar faciəsi ölkəmizin hüdudlarından kənarda da geniş şəildə qeyd olunur. Sankt-Peterburqda Azərbaycan Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbir çərçivəsində gənclər məscidə gedərək 20 Yanvar hadisələri zamanı şəhid olan soydaşlarımızın ruhuna dua oxuyub, namaz qılıblar. Daha sonra tədbir konfrans formatında lensovet adına mədəniyyət evində davam etdirildi. Tədbirdə çıxış edən Eldar Əlizadə iştirkçılara 20 Yanvar hadisələri ilə bağlı məlumat verdi.
Daha sonra 20 Yanvar hadisələrinin şahidi olmuş qonaqlar - Mirzəyeva Heyransa Abbas qızı, Şəfiyev Mikayıl İsmail oğlu, Musayev Əlixan Həmid oğlu öz öz xatorələrini gənclərlə paylaşdılar.










