RU
Gənclər Fondu və Naxçıvan Gənclər Fondu birgə layihələr həyata keçirəcək
21:12
1714

Gənclər Fondu və Naxçıvan Gənclər Fondu birgə layihələr həyata keçirəcək

Naxçıvan şəhərinə səfər edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayevlə görüşüb.

 

APA-nın məlumatına görə, həyata keçirilən layihələr barədə müzakirə aparılıb. Görüşdə iki qurum arasında gələcəkdə əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsi də müzakirə edilib.

 

F. Hacıyev və Gənclər Fondunun əməkdaşları Naxçıvan şəhərində Heydər Əliyev muzeyini də ziyarət edərək onun abidəsi önünə gül dəstləri qoyublar. /apa

7news.Az

...

...

...

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ