7news.az xəbər verir ki,Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin VII forumu keçirilmişdir. "AMOR nəsli: Vətənpərvərlik, Yaradıcılıq, Uğur” adlı altında "Crocus” Sərgi Mərkəzində keçirilən forumda 500-dən çox nümayəndə, fəxri qonaqlar, Rusiya və Azərbaycanın rəsmi şəxsləri iştirak etmişdir.
Forumda "Multikulturalizm millətlərarası və dövlətlərarası
münasibətlərin əsası kimi”, 2017-ci il Rusiyada ekologiya ili – Azərbaycan
gəncliyinin töhfəsi”, "AMOR-un diasporun möhkəmlənməsində rolu” və "Gənclər
biznesdə: startapların yaranması və inkişafı” mövzularında plenar iclaslar
keçirilmişdir.
Forum çərçivəsində Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunan sərgi
təşkil olunmuşdur. AMOR-un sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva sərgidə iştirak etmiş və Gənclər Fonduna həsr edilmiş qüşə ilə tanış
olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı
direktoru Fərhad Hacıyev Fondun fəaliyyəti, 5 il ərzində görülən işlər haqqında
sərgi iştirakçılarına məlumat vermiş, Gənclər Fondunun gənclər üçün açdığı
imkanlardan və fərdi layihələrin uğurundan danışmışdır. F.Hacıyev, həmçinin,
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi
ilə keçirilən layihələr çərçivəsində Rusiya Federasiyasında baş tutmuş bir sıra
diqqətəlayiq tədbirləri qeyd etmişdir.










