RU
Gənclər günündə onlar TTV-yə danışdılar
12:30
605

Gənclər günündə onlar TTV-yə danışdılar

“2014-cü ilin statistikasına əsasən, 15-29 yaşlı gənclərin 124 min nəfəri işsizdir.  Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə gənclər üçün kifayət qədər iş yeri olduğunu deyir. Problem kadr boşluğunu dolduracaq potensiallı gənclər azlıq təşkil etməsidir. Gənclər gününün 20-ci ildönümündə bu yaş təbəqəsinin nə ilə məşğul olduğunu, hansı sahələrə maraq göstərdiklərini və onları narahat edən məsələləri əməkdaşımız Leyla Abbasova araşdırıb.

20 il öncə Azərbaycanda 1-ci Gənclər forumu keçirildi. Məhz ümummilli liderin iştirakı ilə keçirilən ilk Gənclər forumundan sonra bu təbəqənin mövqeyi cəmiyyətdə möhkəmləndi. O dövrdə formalaşan siyasət bu sahədə də bir çox uğurların qazanılmasına təkan verdi. Artıq Gənclər və İdman Nazirliyi gənclər siyasəti çərçivəsində 60 ölkə ilə ikitərəfli saziş imzalayıb. Hər il bir qrup gənc xaricdə Azərbaycan reallıqlarını təbliğ etmək və təcrübə mübadiləsi aparmaq məqsədilə xarici ölkələrə göndərilir. Bununla yanaşı, gəncləri narahat edən bütün məsələləri əhatə edən “Azərbaycan gənclərinin inkişaf strategiyası” qəbul olunub. İntiqam Babayev gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil olunan Gənclər Evindən də danışdı. Hazırda Azərbaycanda 30 Gənclər Evi var. Məqsəd gəncləri texniki-təchizat və digər vasitələrlə təmin olunan Gənclər Evinə yönəltməkdir. Dövlətlə yanaşı, gənclər də öz problelərinin həllində fəal iştirak etməlidirlər. Gənclərin bu prosesdə birbaşa iştitrakı qarşıya qoyulan məsələlərin qısa yoldan həllinə səbəb olar. Güclü gənclik, güclü gələcəkdir. Hər bir dövlətin gələcəyi onun bu günki gəncliyindən asılıdır.  Buna görə də gənclərin qarşısına qoyulan əsas tələb gələcəyin güclü dövlətinə uyğun kadrlar kimi yetişmələridir. /ttv

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ