Türkiyənin İstanbul şəhərində polis dronla evin damına çıxan gənclərə xəbərdarlıq edib.
Bununla bağlı "İhlas Haber Ajansı” video yayıb.
Polisin dronla əraziyə nəzarət etməsi və evin damına çıxan gənclərə xəbərdarlığı təhlükəsizlik kamerası ilə qeydə alınıb.
Hüquq-mühafizə əməkdaşı onlara "Gənclər, evin damında nə işiniz var? Həyatınızı təhlükəyə atırsınız. Həm də sosial məsafəni qorumursunuz. Dərhal aşağı enin” deyib.
Bundan sonra həmin şəxslər binanın damından eniblər.
Qeyd edək ki, ötən həftəsonu Türkiyənin 30-dan çox şəhərində koronavirusun yayılması ilə əlaqədar küçəyə çıxmaq qadağan edilmişdi.








