RU
Gənclər təşkilatı “İslam Həmrəyliyi ili” çərçivəsində  Orta Asiya ölkələri ilə əməkdaşlığa başladı
15:21
340

Gənclər təşkilatı “İslam Həmrəyliyi ili” çərçivəsində Orta Asiya ölkələri ilə əməkdaşlığa başladı

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə "İnnovasiyalar üçün Əməkdaşlıq” proqramı çərçivəsində Azərbaycan və Orta Asiya ölkələrinin birgə toplantısında iştirak edir.
 
Qazaxıstanın Almatı şəhərində keçirilən toplantı çərçivəsində F.Həsənzadə Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın 30-dan çox nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərliyi ilə görüş keçirmişdir. Görüşlərdə Gənclər üçün  Təhsil Mərkəzi ilə həmin təşkilatların əməkdaşlıq imkanları, Orta Asiya ölkələri ilə gənclər  sahəsində təcrübə mübadilələri, birgə layihələr, habelə bu il Azərbaycanda keçiriləcək IV  İslam Həmrəylik Oyunlarına dəstək və digər məsələlər müzakirə olunmuşdur.
 
Səfər müddətində Qırğızstanın Gənclər Təşkilatları Assosiasiyası, Tacikistanın Gənc  Jurnalistlərin İnkişaf Assosiasiyası, Qazaxıstanın Şərqi Qazaxıstan Gənclər Təşkilatları  Assosiasiyası və Özbəkistanın Uşaq Hüquqları Assosiasiyası ilə ikitərəfli əməkdaşlıq  memorandumu imzalanmışdır.  Qeyd edək ki, Mərkəz əldə olunmuş razılaşmaya əsasən ilk olaraq, Qırğızıstan-  Azərbaycan Gərclər Forumunu, o cümlədən Orta Asiya və Azərbaycanda fəaliyyət göstərən  gənclər evlərinin təcrübə mübadiləsi proqramını həyata keçirəcəkdir.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ