RU
“Gənclər üçün Azərbaycan Bayrağı mükafatı”adlı layihənin final mərhələsi baş tutdu
13:52
423

“Gənclər üçün Azərbaycan Bayrağı mükafatı”adlı layihənin final mərhələsi baş tutdu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsində qalib olmuş “Gənclər üçün Azərbaycan Bayrağı mükafatı ”adlı layihənin final mərhələsi keçirilmişdi.

Layihənin əsas məqsədi gəncləri vətənpərvərlik hisslərinin aşılanması istiqamətində həvəsləndirmək ,inşa , şer və rəsm vasitəsilə onların vətənpərvərlik hisslərini vizuallaşdırmaqdır.

Tədbir Azərbaycanın Dövlət Himni ilə başladı. Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Sabinə Tahirova layihə haqqında məlumat verdi. Daha sonra Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının (AGAT) sədri Nərgiz Xələf çıxış edərək belə layihələrin gənclərin fərdi inkişafına verdiyi tövhələrdən behs etdi, layihəyə uğurlar arzuladı və Gənclər üçün təhsil mərkəzi İctimai Birliyinin sədri Fexreddin Həsənzadə isə bayrağın bir ölkənin var olmasında önəmli bir atribut olduğunu vurğuladı. Tədbir zamanı Azərbaycanın tarixi keçmişindən də bəhs olundu.

Müsabiqədə qaliblər xüsusi təyin olunmuş ekspertler tərəfindən seçilmişdi. Üç nominasiya üzrə qalib olmuş şer nominasiyası üzrə Nuray Şəmiyeva, inşa nominasiyası üzrə Cəmil İmranov, rəsm nominasiyası üzrə Toğrul Quliyev 1ci yere sahib oldular. Daha sonra qaliblər diplom və hədiyyə ilə mükafatlandırıldılar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ