RU
Gənclər üçün seminarlar davam edir- FOTOLAR
16:55
1501

Gənclər üçün seminarlar davam edir- FOTOLAR

Azərbaycan Velosiped İdmanı Federasiyası və "İB Club"un təşkilatçılığı ilə velosiped idmanına maraq göstərən gənclər üçün daha bir seminar təşkil olunub.

 

"Velosiped sürməyin insan orqanizminə faydaları və velosipeddən istifadə qaydaları" mövzusuna həsr olunmuş seminar zamanı "Ladies on Bikes" həvəskarlar klubunun rəhbəri Nur Axundlu iştirakçılara velosiped sürməyin xeyri barədə məlumat verib, peşəkar idmançılar əyani vəsaitlər vasitəsilə velosiped idmanının incəliklərini izah ediblər.

 

Seminar zamanı gənclər arasında velosiped idmanına marağın artırılması məqsədilə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

 
7News.az





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ