Gənclər üçün Təhsil Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Multikulturalizm ili” çərçivəsində Quba şəhərində "Multikultural marafon” adlı kampaniyanın ilk görüşünü həyata keçirmişdir.
Konfransın açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru
Fəxrəddin Həsənzadə qeyd etmişdir ki , multikulturalizmin nəzəri əsasını
liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik kimi dəyərləri təşkil
edir və bu günölkə rəhbərliyi tərəfindən
aparılansiyasət assimilyasiya – izolyasionizmə alternativ olan
siyasətdir. Sözügedənkonfrans region gəncləri adından ölkəmizin
tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm
töhfələr verdiyini həmçinin2016-cı il Azərbaycanda "Multikulturalizm
ili”-nə dəstək xarakteri daşıyır.
Konfransda həmçinin Azərbaycan Dövlət Pedoqoji
Universiteti Quba Filialının direktoru, professor Əli Allahverdiyev, Dini
Qurumlarla işüzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbənin
müdir müavini Ramin Xudayev, Gənclər üçün Təhsil Mərkəzinin Quba regional
ofisinin rəhbəri İnqilab Fərzəliyev, Quba rayon Gənclər və idman idarəsinin
rəisi Mustafa Nöhbalayev, yəhudiləri icmasının, rus icmasının nümayəndələ çıxış
edərək multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi
reallıqları, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində
Azərbaycanın multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun
mərkəzinə çevrildiyini qeyd etdilər.
Xatırladaq ki, konfrans Gənclər üçün Təhsil Mərkəzinin "Multikultural marafon ”
kampaniyası çərçivəsində həyata keçirəcəyi tədbirlər planının ilkin
konfransıdır və yaxın müddətdə digər şimal regionlarında da keçirələcəkdir.
7News.Az











