Gənclər
üçün Təhsil Mərkəzi Şirvan Regional
ofisi "Azərbaycanda uşaqlar üçün ədliyyə
mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində bu gün
Şirvan şəhərində "Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin
göstərilməsi” mövzusunda konfrans keçiribdir.
Unicef-in Azərbaycandakı ofisi, Gənclər üçün Təhsil
Mərkəzinin (GTM), Avropa İttifaqının,
Azərbaycan hökumətinin birgə reallaşdırdığı layihənin əsas məqsədi regionlarda
yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.
Tədbiri giriş sözü ilə açan Mərkəzin Regional
ofis rəhbəri Yusif Poladov iştirakçıları
təşkilatın ölkədə uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsini gücləndirmək, qanunla
konfliktdə olan və ya risk altında olan uşaqlara çıxışını təmin etmək, regional
QHT-lərin bacarıqlarının artırılması istiqamətində gördüyüişlər barədə məlumatlandırıb.
Proqrama əsasən iştirakçılara regionlarda uşaq hüquqları sahəsində fəaliyyət
göstərən vəkillər və sosial işçilər üçün uşaqların cinayət, inzibati, mülki və
ailə hüququ sahələrində ədliyyə sisteminə çıxışı, aidiyyəti dövlət orqanları
tərəfindən uşaqların hüquq və mənafelərinin qorunması istiqamətində beynəlxalq
təcrübə və digər mövzularda
çıxışlar dinlənilib.
Tədbirdə Şirvan şəhər İcra
Hakimiyyətinin rəsmisi Rəfael Nəsirov, yetkinlik yaşına çatmayanların
işləri üzrə komissiyanın üzvləri, Polis, Səhiyyə, Təhsil, Məşğulluq şöbəsinin
əməkdaşları iştirak edib.










