“Gənc nəsil alkoqolizmə YOX deyir” adlı layihə çərçivəsində növbəti tədbir olub.
Layihə Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Gənclərinin Avropaya İntqerasiyası Təşkilatı (AGAT), Etika Akademiyasının təşkilati dəstəyi ilə reallaşıb. Layihənin rəhbəri Fidan Əliyeva bildirib ki, əsas məqsəd gənc və yeniyetmələri bu zərərli vərdişdən çəkindirmək və onlara alkoqolun ziyanları haqda maarifləndirici məlumatlar verməkdir. O qeyd edib ki, layihə çərçivəsində artıq ikinci dəfədir ki, bu tip görüş təşkil edilir: “Təəssüf ki, alkoqolun təsirinə düşərək ona meyl edən gənclərin sayı xeylidir. İstərdim ki, belə gəncləri yanlış yoldan çəkindirə bilək. Ümid edirəm layihəmiz cəmiyyətə faydalı mesajlar verə biləcək”. AGAT-ın əməkdaşı çıxışı zamanı qeyd edib ki, belə layihələrin çoxluğu təqdirə layiq haldır: “Cəmiyyətimizin çox hissəsini gənclər təşkil edir. Təbii ki, gənclik həm də coşqu deməkdir. Bəzi hallarda onlar hansısa problemdən yayınmaq üçün alkoqol qəbul edirlər. Ancaq bilmirlər ki, bu daha da onların problemini artırır. Biz də təşkilat olaraq hər zaman bu tip layihələrin keçirilməsini dəstəkləyirik”.Daha sonra isə layihə rəhbəri Fidan Əliyeva tərəfindən layihədə iştirak edən gənclər və yeniyetmələrin bir hissəsi sertifikatlarla təltif edilib.










