RU
GƏNCLƏRin arzularını reallaşdıran FONDUn 5 yaşı oldu
18:13
978

GƏNCLƏRin arzularını reallaşdıran FONDUn 5 yaşı oldu

 

"Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”. Bu sözlər ulu öndər Heydər Əliyevin gənclərə dəstək olmasının və onların daim arxasında durmasının bariz nümunəsidir. 
1999-cu ildə Heydər Əliyev tərəfindən "Dövlət Gənclər Siyasəti haqqında” Fərman imzalandı. Fərman gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2011-ci il tarixli, 542 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldı. 7News.az xəbər verir ki, Bu müddət ərzində gənclərə dəstək olan və uğurlu layihələrə imza atan fond bugün 5 yaşını qeyd edir. Gənclər Fondu yarandığı gündən indiyədək yüz minlərlə gəncin qəlbinə yol tapmağı bacarıb. Fond indiyədək 7 min 98 layihəni qəbul edib və onlardan 3 min 341-i dəstəklənib. Bu, təxminən müraciətlərin yarısını təşkil edir. Fond fəaliyyət göstərdiyi dövrdə gənclərimizin etibarını qazanmağı bacarıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ