RU
Gənclərin “Ədəbi Məclisi”nə start verilib
19:21
751

Gənclərin “Ədəbi Məclisi”nə start verilib

Gənclər üçün Təhsil Mərkəzi regionlarda milli-mənəvi dəyərlərimizi təbliğ etmək məqsədilə gənclər arasında “Ədəbi Məclis” kampaniyasına başlayıb.

Gənclər üçün Təhsil Mərkəzindən verilən məlumata görə, Quba rayonunda təşkil olunan Məclisin ilk görüşü çərçivəsində gənclərin rayon ziyalıları, ədəbiyyat xadimləri və digər tanınmış şəxslərlə görüşü keçirilib.

Tədbir çərçivəsində şəhər ziyalısı Rahib Alpanlının “Yaxşılığın göz yaşları” əsəri ilk dəfə ictimaiyyətə təqdim olunub, yazarın şeirləri dinlənilib və gənclərin fikirləri öyrənilib.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə “Ədəbi Məclis” kampaniyasının əhəmiyyəti barədə gəncləri məlumatlandıraraq, bu istiqamətdən görülən işlərin Mərkəz tərəfindən reallaşdırılan Azərbaycan Gənclərinin Maarifçilik Forumunun davamı olduğunu vurğulayıb. Bildirib ki, bu gün gənclərimiz əqli əməklə məşğul olan ziyalılarımızdan bəhrələnməli, onların maarifçilik ənənələrini davam etdirməlidirlər.

Daha sonra Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin rəsmiləri də fikirlərini bölüşərək “Ədəbi Məclis”in rayon gəncləri üçün səmərəli olacağını qeyd ediblər.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ