26 dekabr 2015-ci il tarixində Etika Akademiyasında gənc fəal Fəridə Əkbərlinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsində qalib olmuş “Gənclərin satirik düşüncələrinə dəstək” adlı layihəsinin final mərhələsi keçirilmişdir.
Layihənin əsas məqsədi Azərbaycanda zəngin ənənələrə malik olan karikatura janrının inkişafına dəstək olmaq və vətənpərvərlik mövzusunun təbliğinin karikatura şəklində inkişafının artırılmasına töhvə verməkdir.
Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Fəridə Əkbərli gənclərin bu sahəyə olan marağını qeyd edərək, müsabiqəyə qədərki dövrdə gənc rəssam və karikaturaçıların çox saylı müraciətlərindən bəhs etdi. O vurğuladı ki, seçim asan olmasa da müsabiqəyə göndərilən 10 ən yaxşı rəsm final mərhələsində təqdim olunub.
Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ülvi Adgözəlov və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələf çıxış edərək,belə layihələrin uşaq və gənclərin fərdi inkişafına tövhə verdiyini qeyd etdilər və layihəyə bol uğurlar arzuladılar.
Müsabiqə sərgi şəklində həyata keçirildi və sərgidə iştirak edən qonaqlar karikaturalara səs verərək, ən yaxşı vətənpərvərlik üzrə karikatura rəsmi çəkmiş birinci, ikinci və üçüncü yerlərin sahiblərini müəyyən etdilər. 1ci yerin sahibi Nurlana Məmmədova, 2ci yerin sahibi Səkinə İbrahimli və 3cü yerin sahibi Aygün Ağayeva seçildi. Müsabiqənin sonunda 1ci, 2-ci və 3-cü yer sahiblərinə hədiyyə və sertifikat təqdim olundu.










