RU
Gənclərlə talassemiya və  qan donorluğu barədə  növbəti görüş təşkil olunub
00:18
543

Gənclərlə talassemiya və qan donorluğu barədə növbəti görüş təşkil olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  nəzdində  Humanitar Kollecdə  Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) təşkilatçılığı, həmçinin Talassemiya Mərkəzi və Mərkəzi Qan Bankının birgə dəstəyi ilə "Sağlam olaq – Donor olaq” adlı təbliğat-təşviqat xarakterli tədbir təşkil olunub.

Tədbirdə Kollecin  tərbiyə işləri üzrə direktor müavini Sədaqət Babayeva, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul, AQDİM-nin idarə heyəti sədrinin müavini, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, həmçinin Mərkəzi Qan Bankının həkimi Fəridə Məmmədova, Talassemiya Mərkəzinin həkim hematoloqu Tünzalə Əhmədova gənclərə talassemiya xəstəliyi, səbəbləri, müayinə və müalicəsi ilə bağlı görülən işlər, həmçinin qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı geniş məlumat verilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, həmçinin Azərbaycanda qan donorluğu ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Qeyd edək ki, Qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ