"Bu gün səhər saat 11-ə işləmiş "Gənclik Mall”da baş vermiş hadisə zamanı xəsarət alan olmayıb. Hazırda bunun başvermə səbəbləri araşdırılır”.
Bu sözlər "Gənclik Mall”dan ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı daxil olan məlumatda qeyd edilib.
Rəhbərliyin yaydığı məlumatda bildirilir ki, ticarət mərkəzində ilk dəfədir belə hadisə baş verib: "Biz bununla bağlı ekspertlərə müraciət etmişik və nəticələr aradan qaldırılıb”.
Qeyd edək ki, bu gün səhər ticarət mərkəzində həyəcanlı anlar yaşanıb. Binanın tavanından asılmış qalın plastik materialdan hazırlanan nəhəng yeni il şarlarından bir neçəsi qoparaq yerə düşüb.//Publika.az
7News.az










