Mart ayının 15-18-itarixlərindəİsraildəyaşayanhəmvətənlərimiz - RusiyaFederasiyasınınəməkdarartisti, skripkaçılaransamblınınyaradıcısıvəbədiirəhbəriMixailParxomovskivətanınmışjurnalist, şair, Rusdilli Yazıçılar İttifaqı mükafatı laureatı Freddi Zorin ilə Bakıda silsilə görüşlər təşkil olunub. “Gəncliyimizin Bakı küçələri” adı altında baş tutan ilk görüş Bakı Slavyan Universitetindəkeçirilib.
BSU-nun rektoru, professor Asif Hacıyev dəyərli incəsənət xadimləri ilə ilk görüşün Bakı Slavyan Universitetində olmasından qürur hissi ilə danışıb. Sənətkarların yaradıcılıq fəaliyyətindən söz açan Asif HacıyevMixail Parxomovskivə Freddi Zorinin incəsənət və ədəbiyyat sahəsindəqazandıqları nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib. Rektor vurğulayıb ki, Azərbaycanda uzun illərdir yaşamadıqlarına rəğmənhər iki sənətkarın Vətən, Bakı mövzusunda yazdıqları şeir və mahnılar onların qəlbində Azərbaycana qarşı böyük məhəbbətin göstəricisidir.
Azərbaycana, Bakıya yenidən gəlməyin sevincini iştirakçılarla bölüşən Freddi ZorinBakı Slavyan Universitetində gənclərin ədəbiyyata olan marağını yüksək qiymətləndirib. Tanınmış jurnalist uşaqlığını keçirdiyi Bakının heyrətamiz inkişafından danışıb,Bakı haqqında yazdığı şeirləri həmvətənləri üçün səsləndirib.
Əməkdar artistMixail Parxomovski çıxışında azərbaycanlılarla bir arada olmaqdan məmnunluğunu dilə gətirib, Bakı ilə bağlı xatirələrindən söz açıb.
Tədbirdə Freddi Zorinin Azərbaycan, Bakı haqqında olan şeirlərinə bəstələnmiş məşhur mahnıların fonunda köhnə və müasir Bakının görüntülərini əks etdirən video-çarx təqdim edilib.








