Bu gün axşam saatlarında Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə magistralın 38 km-də qeydə alınıb. "VAZ-21011" markalı avtomobillə "VAZ-2102" markalı maşının toqquşması nəticəsində "VAZ-21011"-in sürücüsü Cəlal Əliyev hadisə yerində ölüb, iki nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı BDYP-nin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır./apa
7news.az








