Sivasda yaşayan H.Y.-nin bədənindən ilişmiş gənəni çıxardıqdan sonra vəziyyəti pisləşib. Sivas Cümhuriyyət Universiteti Xəstəxanasında müalicə alan xəstə dünyasını dəyişib.
7News.Az xəbər verir ki, bununla bu il Sivasda gənə dişləməsi nəticəsində ölənlərin sayı 3-ə yüksəlib.
Gənə dişləməsinin ölümcül nəticələrə səbəb ola biləcəyini xatırladan mütəxəssislər xüsusilə mal-qara ilə məşğul olanlara diqqətli olmaları və bədənlərinə yapışan gənələri özləri çıxarmamaları barədə xəbərdarlıq edib.








