RU
General
14:20
660

General

İraqın qərbindəki Anbar əyalətində davam edən əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 700-dən çox silahlısı zərərsizləşdirilib.

7News.az bildirir ki, bunu İraq ordusunun bölgədəki silahlı qüüvələrinin komandanı, general İsmail əl-Mahlyaui deyib.

"Bağdaddan 90 km qərbdə yerləşən Əl-Xaldiya şəhərinin azad edilməsi istiqamətində əməliyyat başlayıb. Əməliyyat nəticəsində İŞİD-in 700-ə yaxın silahlısı öldürülüb. Güc strukturları tərəfindən həmin yaşayış məntəqəsində daimi hərbi bölmələrin yerləşdirilməsi məqsədilə ərazidə terrorçulardan təmizlənmə əməliyyatı keçirilir ", - deyə general vurğulayıb.

Qeyd edək ki, Əl-Xaldiyə Anbar əyalətinin Ramadı və Əl-Fəlluca kimi iki böyük şəhərlərinin arasında yerləşir. Adıçəkilən yaşayış məntəqələri cari ildə İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələri tərəfindən təmizlənib./report

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ