Nigerdəki hərbi çevrilişin lideri, Prezident Mühafizə Alayının komandiri general Abdurahmane Tchiani keçid hökumətinin başçısı olub.
7NEWS.az xəbər verir ki, Qərbi Afrika ölkəsi Nigerdə 2 gün əvvəl baş verən hərbi çevrilişdən sonra keçid hökuməti qurulub. Hərbi çevrilişə rəhbərlik edən Prezident Mühafizə Alayının komandiri, 62 yaşlı general Ömər Çiani kimi də tanınan Abdurahmane Tchiani "Vətənin Müdafiəsi üzrə Milli Şura”nın rəhbəri olub.
7NEWS.az








