RU
General işdən çıxarıldı - Azərbaycanda
18:30
273

General işdən çıxarıldı - Azərbaycanda

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.

7news.az teleqraf.com-a istinadən xəbər verir ki, ədliyyə general-mayoru Hüseyn Əlixanov tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.

Məsələ ilə bağlı açıqlamasında Hüseyn Əlixanov işdən getdiyini təsdiqləyib:

"Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələ ki, yerimə təyinat yoxdur".

Qeyd edək ki, Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov virtualaz.org-a isə bildirib ki, məlumat doğru deyil. Onun sözlərinə görə, general-mayor Hüseyn Əlixanov hazırda məzuniyyətdədir.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumatda qeyd olunub ki, H.Əlixanov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: "Hüseyn Əlixanovun 65 yaşı tamam olmuşdu, ona görə də təqaüdə göndərilib. Hələ bu vəzifəyə təyinat olmayıb".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ