RU
General-leytenant Etibar Mirzəyev Türkiyədən qayıtdı
17:56
218

General-leytenant Etibar Mirzəyev Türkiyədən qayıtdı

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hissə-hissə ölkəmizə qayıdır.

Fövqəladə Hallar Nazirliyindən 7NEWS.Az-a verilən məlumata görə, bu gün FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik etmiş fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Azərbaycana qayıdıb.

 

Qeyd edək ki, qüvvələrin şəxsi heyəti dünən 2 qrupda qardaş ölkədən təyyarə ilə geri dönüb, texnikalar və şəxsi heyətin digər hissəsi isə quru yolla hazırda Azərbaycana doğru hərəkət edir.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ