RU
General Şəkinskinin İnterpol xətti ilə axtarışda olan qaynı həbs edilib
10:42
340

General Şəkinskinin İnterpol xətti ilə axtarışda olan qaynı həbs edilib

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə başlayır.

7News.Az-ın xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə araşdırılacaq.

İş üzrə zərərçəkmiş şəxs qismində E.Şəkinski tanınıb. 

Qeyd edək ki, İnterpol xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də, onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Pənah DadaşovNamiq CamalovRaqub İsbəndiyarovZeynəb CəfərovaŞəfiqə BağırovaSaçlı HəsənovaPərvin DadaşovRəvanə DadaşovaTahir HüseynovGünel HüseynovaAdəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ