RU
General və 5 cangüdəni öldürüldü
15:01
445

General və 5 cangüdəni öldürüldü

Somalinin paytaxtı Moqadişoda terrorçu-kamikadzenin hücumu nəticəsində general Robl Cimal Qobanl və onun 5 cangüdəni həlak olublar.

İstinadən bildirir ki, terrorçu bomba yüklənmiş avtomobili generalın Müdafiə Nazirliyinin Moqadişoda yerləşən binası qarşısındakı maşınının yaxınlığında partladıb.

Hücumun qurbanı olan generalın ölkədə fəaliyyət göstərən "Aş-Şabab" terror qruplaşması ilə mübarizə aparan Somali ordusunun üçüncü korpusunun komandiri olduğu bildirilir.

Terror aktına görə məsuliyyəti "Aş-Şabab" qruplaşması üzərinə götürüb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ