RU
Generallar sərəncama göndərildi
22:27
1349

Generallar sərəncama göndərildi

Azərbaycan Dövlət Sərhəd Xidmətində ciddi qanun pozuntuları aşkarlanıb.

Son bir neçə gün ərzində, DSX-də yoxlamalar aparılıb. Yoxlamalar zamanı qurumda ciddi qanun pozuntularına yol verildiyi məlum olub.

Məlumata görə, yoxlamalardan sonra Dövlət Sərhəd Xidmətinin 4 generalı sərəncama götürülüb. Onlar İlham Mehdiyev, Ehram Hacıyev, Cavid Qurbanov və kadrlar şöbəsinin rəisi Elçin İbrahimovdur.

Onu da bildirək ki, qanun pozuntularıyla bağlı DSX-də təşviş yaranıb. Xidmət rəisi Elçin Quliyevin daha bir neçə nəfəri işdən çıxaracağı gözlənilir./aznews.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ