RU
16:15
1029

"Ögey anam sidiyə görə məni yandırdı" - Polis istintaqa başladı

Ötən il Türkiyədə baş verən dəhşətli hadisə ilə bağlı istintaq başlayıb.

7News.az Türkiyə mediasına istinadən bildirir ki, İstanbulda ötən il 6 yaşlı qızlarına altına qaçırdığı üçün qızdırıcı bıçaqla dağ basan ailə saxlanılıb.

 

Uşağın bədənində siqaret söndürdüyü iddia edilən Suriya əsilli ögey ana Mirfet K. ilə doğma ata Nəcib Z. haqqında edilən istintaq sonunda "bədən baxımından özünü müdafiə etməyəcək durumda olan insana əziyyət cinayəti"ndən 8 ilə qədər həbs cəzası tələbi ilə istintaq başlayıb.

Qoruma altındakı kiçik qız ifadəsində "Ögey anam altıma qaçırdığım üçün atəşə tutduğu bıçaqla məni yandırdı. Atam da altıma sidik etdiyim üçün ayağımda siqaret söndürüb. Ögey anam məni tez-tez döyür. Anam və atamın yanında qalmaq istəmirəm" deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ