Səudiyyəli aparıcı ölkədən qaçıb.
7news.Az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb aparıcının ərəb qadınlarına sükan arxasında oturmağa icazə verilməsi barədə hazırlanan süjetdə "açıq-saçıq" geyimdə olmasıdır. Belə ki, o, süjetdə hökümət tərəfindən qadınlar üçün müəyyənləşdirilən "dress code"u pozub
Libasına görə aparıcı Şirin Ər-Rifaye (Shereen Al-Rifaie) ilə bağlı istintaq başladılıb. Bildirilib ki, aparıcı süjetdə şalvar geyinib və saçları görünür.











