İrəvanda polis bölməsinin binasını ələ keçirən silahlı qruplaşma girovlardan birini azad edib.
Hazırda polisin binasında 5 nəfər girov saxlanılır. Onların arasında Ermənistan polis rəisinin müavini Vardan Yegiazaryan və Yerevan polis rəisinin müavini Valeri Osipyan da var.
Xatırladaq ki, dünən səhər bir neçə silahlı şəxs Ermənistan polisinin patrul-post alayının ərazisinə daxil olub və zor tətbiq etməklə oradakı insanları girovluqda saxlayır.
Polisin məlumatına görə, binanın ələ keçirilməsinə cəhd zamanı bir polis məmuru ölüb, üç nəfər yaralanıb. Ardından xüsusi təyinatlıların əməliyyatı nəticəsində iki girov azad edilib./report
7News.Az








