RU
Gizli saxlanan layihə mətbuata “sızdı”: Kürdlərə muxtariyyat, müsəlman olmayan prezident...
14:47
538

Gizli saxlanan layihə mətbuata “sızdı”: Kürdlərə muxtariyyat, müsəlman olmayan prezident...

7News.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada Suriya probleminə dair danışıqlarda Rusiyanın suriyalı müxaliflərə təqdim etdiyi Konstitusiya layihəsinin detalları ortaya çıxıb. Interfax agentliyi layihəni görən suriyalı müxalifətçilər arasındakı mənbəyə əsaslanaraq bildirib ki, Rusiya kürdlərə muxtariyyət verilməsi və səlahiyyətləri məhdudlaşdırılmış prezidentin vəzifə müddətinin yeddi illik dövrlə məhdudlaşdırılmasını istəyir. 

Layihədə olduğu iddia edilən 8 kritik maddə: 

- Mövcud Suriya Konstitusiyasının 1-ci maddəsində ölkənin rəsmi adı "Suriya Ərəb Respublikası" olaraq yazılıb. Layihədə ölkənin adı "Suriya Respublikası" olaraq dəyişdirilir; 
- Konstitusiyanın 3-cü maddəsi Suriya prezidentinin müsəlman olmaq məcburiyyətində olduğunu bildirərkən, yeni layihədə belə bir tələb yoxdur; 
- Konstitusiyanın 3-cü maddəsində İslam hüququnun qanunvericiliyin əsası olduğu vurğulanarkən, layihədə bu ifadəyə yer verilmir; 
- Suriya Konstitusiyasının 1-ci maddəsində ölkənin unitar dövlət olduğu qeydi var. Bu vurğu layihədə də qorunur. Ancaq layihənin mətni kürdlərə muxtariyyət verilməsini ehtiva edir; 
- Sənəddə inzibati rayonların regional əsasa söykənərək, öz dillərini seçmək hüququ da tanınır. Bu da kürd dilinin muxtar bölgədə ərəb dili ilə yanaşı rəsmi dil olmasının önünü açır; 
- Layihədə diqqətçəkən digər bir maddə isə prezidentin vəzifə müddətinin bir dəfəlik yeddi illik dövrlə məhdudlaşdırılmasıdır. Bu da hazırki prezident Bəşər Əsədin yeddi il sonra vəzifəsindən getməsi anlamına gəlir; 
- Prezident eyni zamanda baş qərargah rəisi olaraq qalmaqda davam etsə də, səlahiyyətləri yaradılması nəzərədə tutulan "Bölgələr Məclisi" tərəfindən məhdudlaşdıracaq; 
- Layihəyə görə, Konstitusiya Məhkəməsinin sədrini prezident deyil, parlament seçəcək. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ