RU
Gölməçələri yox edən asfalt
10:19
1024

Gölməçələri yox edən asfalt

Şəhər küçələrində gölməçə, daşqınlar və lehmələrin olmayacağı zamana az qalıb.

İngiltərənin Hay-Uikom şəhərindəki "Lafarg Tarmac" şirkəti unikal beton hazırlayıb.

"Topmix Permeable" adlı bu asfalt-beton dəqiqədə 4 min litrədək suyu buraxır və faktiki olaraq gölməçə yaratmır.

Yeni betondan hazırlanacaq yol örtükləri həmişə quru qalacaq, orada gölməçələr olmayacaq.

Yol örtüyünün altındakı drenaj kanalları və membranlarda yığılıb qalan su isti havalarda buxarlanaraq yolu sərinləşdirə bilər.

Şirkətdən verilən məlumata görə, mühəndislər bu yolu 60 ildən artıq müddətə ərsəyə gətiriblər.

"Topmix Permeable" asfalt-betonunun üst qatı suyun sızmasına imkan verən kiçik daşlardan, alt qatı xüsusi membran və drenaj kanalları olan səthdən ibarətdir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ