"Gmail" android tətbiqi üçün yayımlanan son yeniləmə, bütün cihazlar üçün Microsoft Exchange e-poçta hesabını əlavə edə bilmək fürsətini təqdim edəcək.
Bundan sonra istifadəçilər "Gmail" tətbiqinə hesab əalvə edərkən siyahının altında xüsusi bir "Exchange" seçimini görəcək.
"Google"dan verilən məlumata görə, sözügedən yeniləmə bir neçə gün ərzində "Playstore" üzərindən bütün istifadəçilərə çatdırılacaq.
7News.Az








