RU
Gömrük işçisinin ölümü anbaan kameraya düşdü - Mingəçevirdə ŞOK HADİSƏ - VİDEO - FOTOLAR
18:18
690

Gömrük işçisinin ölümü anbaan kameraya düşdü - Mingəçevirdə ŞOK HADİSƏ - VİDEO - FOTOLAR

Mingəçevirdə keçirilən futbol oyununda ölüm hadisəsi baş verib.

Mingəçevir Türk Olimpiya mərkəzində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qrumlar arasında futzal yarışı start götürüb. Yarış Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyinə həsr olunub.

Dünən start götürən yarışın növbəti günü Mingəçevirdə "Gəncə Gömrük" komandası "Bakı Terminal Gömrük xidməti"nin komandası ilə qarşılaşıb. Oyunun ikinci hissəsinin əvvəlində Gəncə komandasının üzvü Şəhriyar Əliyev qəflətən huşunu itirərək yerə yıxılıb.

Həkimlərin ilkin tibbi yardımına baxmayaraq Şəhriyar Əliyev dünyasını dəyişib.

Nəticədə oyun təxirə salınıb.

4 gün davam edəcək turnirdə 16 komanda 4 yarımqrupda mübarizə aparır.

7News.az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda dəhşət: Gömrük işçisinin ölüm anbaan kameraya belə düşdü







BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ