RU
Gömrük Komitəsi “Toyota Abşeron center”ə cərimə yazdı
15:49
357

Gömrük Komitəsi “Toyota Abşeron center”ə cərimə yazdı

"Toyota Abşeron center” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu yazılıb.

 Dövlət Gömrük Komitəsi MMC-yə protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın sədrliyi ilə araşdırılacaq./Pravda.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ