RU
Gömrük Komitəsinin əməkdaşı qətlə yetirilib
09:30
519

Gömrük Komitəsinin əməkdaşı qətlə yetirilib

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

7news.Az xəbər verir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. 

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya Şöbəsində dünyasını dəyişib.

Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ