RU
Gömrük məntəqələrində yeni yoxlama aparatları quraşdırılacaq
15:05
349

Gömrük məntəqələrində yeni yoxlama aparatları quraşdırılacaq

Azərbaycanın gömrük-keçid məntəqələrində yeni yoxlama aparatları quraşdırılacaq. Hazırda bu məqsədlə Azərbaycana doqquz ədəd "Body Scan” (B-Scan, texniki nəzarət vasitəsi) gətirilib.

7News.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsinin əməkdaşı Böyükağa Şəfiyevin sözlərinə görə, yaxın vaxtlarda ölkənin bütün beynəlxalq hava limanlarında yeni yoxlama aparatları quraşdırılacaq.

Komitə rəsmisi əlavə edib ki, sözügedən cihazın cənub sərhəd-keçid məntəqələrində də quraşdırılması gözlənilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ