RU
Gömrük orqanları 3 ildə 6,5 ton narkotiki dövriyyədən çıxarıb
21:50
667

Gömrük orqanları 3 ildə 6,5 ton narkotiki dövriyyədən çıxarıb

Azərbaycan gömrük orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-2021-ci illər ərzində 6 ton 523 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

7NEWS.Az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, bunu komitə nümayəndəsi (gömrük attaşesi) Əliqulu Cəfərov Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyində keçirilən görüş zamanı deyib.
Nümayəndə bildirib ki, bundan əlavə, 2021-ci ildə 3 ton 43 kq narkotik vasitə və psixotrop maddənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ