RU
Gömrükçülər külli miqdarda qızıl müsadirə edib
13:23
1051

Gömrükçülər külli miqdarda qızıl müsadirə edib

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan vətəndaşının qızıl məmulatı əldə edərək İrana aparacağı barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda Azərbaycandan İrana piyada gedən Azərbaycan vətəndaşı saxlanılıb və qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun üzərindən, xüsusi olaraq hazırlanmış müxtəlif ölçülü ciblərdən ibarət parça kəmərin ciblərinin içərisindən, gömrük nəzarətindən gizlədilən 3 ədəd dördbucaqlı formalı, 585 əyarlı, ümumi çəkisi 6 kiloqram 331,20 qram olan külçə qızıl aşkar edilərək götürülüb./xezerxeber

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ