RU
Gömrükçülər xeyli miqdarda siqaretin ölkəyə gətirilməsinin qarşısını aldı - VİDEO
16:40
389

Gömrükçülər xeyli miqdarda siqaretin ölkəyə gətirilməsinin qarşısını aldı - VİDEO

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, Rusiya Federasiyası istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttində saxlanılıb və stasionar rentgen qurğusundan keçirilib.

Şübhəli təsvirlərin müşahidə olunduğu avtomobilin yoxlanılması zamanı yük yerində mal-müşayiət sənədlərində qeyd olunmayan 149 800 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb./Publika.az

Faktla bağlı araşdırma aparılır.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ