Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
DGK Mətbuat Xidmətindən daxil olan məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən hər birində 600 ədəd olmaqla 22 qutu, ümumilikdə isə 13 200 ədəd pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo
7news.Az








