RU
Gömrükdə əməliyyat - 31680 pirotexniki vasitə və 1820 siqaret götürüldü
20:30
549

Gömrükdə əməliyyat - 31680 pirotexniki vasitə və 1820 siqaret götürüldü

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 31 680 ədəd pirotexniki vasitə və 1820 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ