RU
Gömrükdən siqaret keçirmək istədi, saxlanıldı
21:20
576

Gömrükdən siqaret keçirmək istədi, saxlanıldı

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

7news.Az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ