"Google" populyar tərcümə proqramına 110 yeni dil əlavə edib və onlardan beşi türk dilidir.
7NEWS.az xəbər verir ki, məşhur tərcümə proqramı "Google Translate"ə beş yeni türk dili əlavə edildi. Amerikanın texnologiya nəhəngi "Google"un rəsmi dəstək səhifəsində bu yaxınlarda edilən açıqlamaya görə, tətbiqə əlavə edilən 110 dil arasında çuvaş, Krım-tatar, Başqırd, Tuvan və Yakut dillərinin türk qoluna daxil olan dillər də var.
7NEWS.az








