RU
“Google” “Uber” taksi xidmətinə alternativ yaradır
16:51
1232

“Google” “Uber” taksi xidmətinə alternativ yaradır

ABŞ-ın “Google” korporasiyası “Uber” taksi sifarişi xidmətinə rəqib yaradır. 

7News.Az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, yeni xidmət istifadəçilər üçün “Waze” naviqasiya əlavəsində istifadəyə veriləcək. Bu tərtibat isə “Waze Carpool” adlandırılıb.

“Uber”dən fərqli olaraq, “Waze” xidmətində sürücünün gedişi gündə iki dəfə ilə məhdudlaşdırılır. Bundan başqa, bir neçə istiqamətdə bir neçə dəfə səfər etmək mümkün olmayacaq. Bununla da istifadəçilər “Waze” sürücülərinə ancaq benzinə minimal xərcləri və maşının istismar xərclərini kompensasiya edəcəklər.

 Tel-Əvivdə keçirilən uğurlu sınaqlardan sonra “Waze Carpool” artıq San-Fransiskoda istifadəyə verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ